Ətə olan tələbat yerli istehsal hesabına təmin olunmur

Xəbər verdiyimiz kimi, bu ilin ilk 5 ayı ərzində ölkə iqtisadiyyatında artım tepmi aşağı düşüb. Ötən ilin analoji dövrü ilə müqayisədə ümumi daxili məhsul (ÜDM) istehsalı 0,9% azalıb. "Yeniavaz.com" xəbər verir ki, azalma tempi iqtisadiyyatın bir çox sahələrində müşahidə olunsa da, lakin bəzi sahələrdə artım qeydə alınıb. Ən yüksək artımın olduğu sahələrdən bir də kənd təsərrüfatı sektorunda heyvandarlıq məhsullarının istehsalında müşahidə edilib. Belə ki, kənd təsərrüfatı sektorunda heyvandarlıq məhsullarının istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 2,3% artıb. Statistika Komitəsindən verilən məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında diri çəkidə ət istehsalı 2,9% artaraq 189 min ton, süd istehsalı 0,5% artaraq 817,8 min ton, yumurta istehsalı 6,5% artaraq 739,8 milyon ədəd olub.

Ətə olan tələbat yerli istehsal hesabına təmin olunmur

Ölkəmizdə heyvandarlıq məhsullarının istehsalı yüksəlsə də əhalinin bu məhsullara, xüsusilə də ət və ət məhsullarına olan təlabatını yerli istehsal hesabına tam şəkildə ödəmək mümkün deyil. Xarici ölkələrdən hələ də heyvandarlıq məhsullarının idxalı davam etdirilir. Qeyd etdiyimiz kimi, idxalda ət və ət məhsullarının payı üstünlük təşkil edir. Əsas heyvandarlıq məhsullarından olan süd və yumurtanın idxalı yerli istehsalla müqayisədə olduqca azdır. Belə demək mümkündürsə Azərbaycan süd və yumurtaya olan ehtiyacını böyük ölçüdə yerli istehsal hesabına təmin edir. Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu hesdabatda göstərilir ki, il ərzində ölkə ərazisində 1 milyard 609,8 milyon ədəd yumurta, 2 milyon 9,9 min ton süd istehsal olunub. Gömrük komitəsindən verilən məlumata görə, həmin dövürdə xaricdən idxal olunan süd yerli istehsalın cəmi 0,27%-i həddində və ya 5,4 min tona bərabər olub. İdxal olunan yumurta da yerli istehsalla müqayisə olduqca azdır. İl ərzində xaricdən yerli istehsalın cəmi 1%-i həddində damazlıq yumurta idxal olunur. Yuxarıda qeyd etdiyimiz kimi, il ərzində ölkə ərazisində 189 min tona yaxın ət istehsal olunub. Xarici ölkələrdən isə ötən il 33 min ton ət dxal olunub və bu yerli istehsalın 17,4%-ə bərabər olub.

Ət istehsalının cəmi 0,1-0,2%-ni donuz əti təşkil edir

Məlumat üçün bildirək ki, ölkə ərazisində istehsal olunan ətin təqribən yarısı (79-80 min ton) inək və dana ətinin payına düşür. Digər yarısını isə qoyun, keçi və quş əti təşkil edir. İl ərzində təqribən 50 min ton qoyun və keçi əti, bir o qədər də quş əti istehsal olunur. Donuz ətinin istehsalı isə ümumi ət istehsalının cəmi 0,1-0,2%-nə (400-500 kiloqram) bərabərdir.

Süd istehsalının böyük bir hissəsini, təqribən 98%-ni inək və çamış südü təşkil edir. Ümumi süd istehsalının 2%-i isə qoyun və keçi südündən ibarətdir.

Əti Hindistandan, südü Ukraynadan, yumurtanı da Türkiyədən gətiririk

İdxal olunan damazlıq yumurta əsasən Türkiyə və İrandan gətirilir. İribuynuzlu heyavan əti əsasən Hindistan, Brazilya, Argentina və Birləşmiş Ərəb Əmirliklərindən, quş əti isə ABŞ, Brazilya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən idxal olunur. Ölkəmizə idxal olunan süd ən çox Ukrayna, Belarus, Rusiya, Türkiyə və Yeni Zellandiyadan gətirilir.

DİGƏR XƏBƏRLƏR

Top