Gürcüstanda prezidentin səlahiyyət müddəti artırılır

Gürcüstanın növbəti prezidenti ölkəni 6 il idarə edəcək. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın yeni Konstitusiyasının keçid dövrü üçün nəzərdə tutulan müddəasında deyilir. Bununla bağlı Gürcüstan parlamentinin son iclasında bildirilib ki, Venesiya komissiyası da Gürcüstanın keçid dövründə prezidentin səlahiyyətlərinin 6 il artırılmasını dəstəkləyir. Keçid dövrü üçün prezidentin səlahiyyətlərinin 6 il artırılması öz növbəsində 2020-ci ildə keçiriləcək Gürcüstan parlamentinə seçkilərlə əlaqədardır. Qeyd edək ki, Gürcüstanda növbəti parlament seçkiləri qarışıq sistem əsasında (proporsional, majoritar ) keçiriləcək. Konsititusiyaya ediləcək düzəlişə əsasən isə 2024-ci ildə parlamentə seçkilərin yalnız proporsional sistem üzrə keçirilməsi nəzərdə tutulub.

-->

DİGƏR XƏBƏRLƏR

Top