"Kontrabas" yenə yol üstədir

İyunun 27-dən iyulun 3-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Belarus Respublikasının Mogilyovsk vilayətinin Bobruysk şəhərində keçiriləcək XIV "Dostluq çələngi" adı Beynəlxalq Xalq Yaradıcılığı Festivalında iştirak edəcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, bu yaradıcı heyətin 89-cu teatr mövsümündə son beynəlxalq festivalıdır. Sözügedən beynəlxalq festivalda ölkəmiz Patrik Züskindin "Kontrabas" mono-tamaşası ilə təmsil olunacaq.

Tamaşada Azərbaycan və Kalmıkıya respublikalarının Əməkdar Artisti Şövqi Hüseynov kontrabasçı rolunda çıxış edəcək. Festival Belarusun Mədəniyyət Nazirliyi, Belarus Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Mərkəzi Komitəsi, Bobruysk Şəhər İcra Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Builki festival Bobruysk şəhərinin 630 illiyi və 2017-ci ilin "Mədəniyyət paytaxtı" elan edilməsinə həsr olunur.

DİGƏR XƏBƏRLƏR

Top