Putin qazın Avropaya nəqlində Türkiyənin maraqlarını da təmsil edəcəyini deyib

Rusiya Türkiyə ərazisi üzərindən Cənub və Cənub-Şərqi Avropaya qaz tədarük etməyə hazırdır, tərəfdaşlarımızın buna marağı var. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon söhbəti zamanı deyib. V. Putin “Türk axını” qaz kəmərinin tikintisini R. T. Ərdoğanla müzakirə edərkən bildirib: “Əgər tərəfdaşlarımız istəsə, biz qazı Türkiyə ərazisi üzərindən Cənub və Cənub-Şərqi Avropaya nəql etməyə hazırıq. Görürük ki, tərəfdaşlarımızın belə bir marağı var. Sizi inandırıram ki, biz sizin də maraqlarınızı layiqli şəkildə təmsil edəcəyik, çünki indiki halda maraqlarımız tam üst-üstə düşür”. “Türk axını” layihəsi üzrə yaxşı irəliləyişin olduğunu qeyd edən V. Putin əlavə edib ki, hələ bir neçə məsələ razılaşdırılmalıdır: “Bura qaz kəmərinin giriş nöqtəsi, Türkiyə ərazisi üzrə keçid, ekoloji təhlükəsizliyə əməletmə məsələləri daxildir. Əgər biz həmin templə hərəkət etsək, bütün planlarımızı yerinə yetirəcəyik”. Rusiya Prezidenti xatırladıb ki, gələn il qaz kəmərinin ilk xətti, 2019-cu ilin sonunda isə ikinci xətti hazır olmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top