Türkiyənin Adana bölgəsində terrorçu PKK qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində 31 şübhəli tutulub.
“Report” CNNTürk-ə istinadən xəbər verir ki, əməliyyat iyunun 23-də səhər saatlarında Adana Təhlükəsizlik İdarəsinin Terrora qarşı Mübarizə Şöbəsi tərəfindən keçirilib.
İnformasiyaya əsasən, əməliyyatda 500 polis əməkdaşı iştirak edib.