Məşhur şirkət 10 min qaçqını işlə təmin edəcək

Məşhur qəhvə şirkəti “Starbucks” dünya üzrə bütün restoranlarında qaçqınları işə götürəcək. Xarici KİV xəbər verir ki, şirkətən verilən açıqlamaya görə, 2022-ci ilə qədər Avropadakı şəbəkələrində 2500 qaçqın işlə təmin olunacaq. Şirkətin qaçqınlarla iş proqramı çərçivəsində həyata keçirdiyi layihədə dünya üzrə ümumilikdə 10 min qaçqına iş verilməsi nəzərdə tutulur. Qeyd edək ki, bu layihə heç də birmənalı olaraq qarşılanmır. Belə ki, işsizliyin yüksək olduğu ölkələrdə işsiz təbəqə xüsusilə qaçqınlara iş verilməsinin əleyhinədir.Qafqazinfo.az

DİGƏR XƏBƏRLƏR

Top