Azərbaycanda mənzillərin kirayəsi bahalaşıb

Cari ilin may ayında Azərbaycanda mənzillərin kirayə haqqı 1,2% bahalaşıb və kirayə haqqı bir xidmət üzrə orta aylıq 93,67 manat təşkil edib. Kirayə haqqı yanvarda 3,5%, fevralda 0,1%, martda 1,2% bahalaşsa da, aprel ayında dəyişməz qalıb. Qeyd edək ki, bu ilin mayında aprel ayına nisbətən istehlak məhsulları və xidmətlərin qiymətlərində 0,2%, o cümlədən qeyri-ərzaq məhsullarının qiymətlərində 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 2,1% artım, ərzaq məhsullarının qiymətlərində isə 1,3% azalma qeydə alınıb. report

DİGƏR XƏBƏRLƏR

Top