“Qarabağ”ın Çempionlar Liqasında ilk rəqibi müəyyənləşdi

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqası 2017/2018-ci illər mövsümünün I və II mərhələsinin püşkatma mərasimi keçirildi.

"Yeniavaz.com" xəbər verir ki, Topaz Premyer Liqasının sonuncu qalibi olan “Qarabağ” klubu mübarizəyə II mərhələdən başlayacaq.

Püşkatma zamanı “Qarabağ” da rəqibini tanıdı.

Azərbaycan çempionu Çempionlar Liqasının II təsnifat mərhələsində “Samtredia” (Gürcüstan) klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, mərhələnin ilk oyunları 11/12 iyul, cavab görüşləri isə 18/19 iyulda reallaşacaq.

DİGƏR XƏBƏRLƏR

Top