Abşeron rayonu Xırdalan şəhəri ərazisində dəyirman uçub. "Yeniavaz.com" xəbər verir ki, faktı təsdiq edən Abşeron Rayon Polis idarəsinin rəisi müavini Azər Cahangirov SalamNews-a bildirib ki, hadisə nəticəsində 2 nəfər ölüb, yaralananlar var. Faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək.