"CBC Sport" 2 şərhçisi ilə yollarını ayırıb.

Ötən ildən Azərbaycan teleməkanında fəaliyyət göstərən "CBC Sport" (Caspian International Broadcasting Company Sport) 2 şərhçisi ilə yollarını ayırıb. Bunlar "Xəzər TV"dən tanıdığımız Ceyhun Rzayev və Abdulrəhman Mollaçiyevdir. Hər 2 şərhçi telekanalda yaranan maddi problemlərə görə ixtisara düşüb. Ceyhun Rzayev "CBC Sport"la yanaşı, "Xəzər TV"də işlədiyindən, işsiz qalmayacaq. Mollaçiyevin durumu isə fərqlidir. O, saytımıza bu barədə bunları deyib: "Mənim 1-2 təklifim var. Ancaq bu, idmanla bağlı deyil. Alınsa, tamamilə başqa sahədə çalışmağa başlayacağam. Bildiyiniz kimi, əvvəl mənim bələdiyyə - özünüidarəetmə sahəsində iş təcrübəm var. Böyük ehtimalla, karyeramı bu sahədə davam etdirəcəyəm".

Qeyd edək ki, "CBC Sport" maddi durumlar üzündən Türkiyənin "Saran Holdinq" şirkətindən icarəyə götürdüyü STS-lərdən (stadiondan canlı yayım təşkil etmək üçün qurğu) birini qaytarmalı olub. Bundan əlavə, texniki departamentdə də 25 nəfərə yaxın ixtisarlar baş verib.Qaynarinfo.az

DİGƏR XƏBƏRLƏR

Top