BƏƏ-də havanın temperaturu müsbət 51 dərəcəyə çatıb

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) havanın temperaturu müsbət 50 dərəcəni ötüb. “Yeniavaz.com”un “Life.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Hidrometeorologiya Departamenti məlumat verib. Ən qızmar hava Əbu-Dabu əmirliyindəki Liva vahəsində, Mezayraa şəhərində müşahidə edilir. Burada havanın temperaturu müsbət 50,5 dərəcəyə çatıb. Qeyd edək ki, Yerdə aparılan meteoroloji müşahidələrin tarixində ən yüksək temperatur 2016-cı ilin iyul ayında Küveytdə qeydə alınıb. Bu ölkədə havanın temperaturu müsbət 54 dərəcəyə çatmışdı.

DİGƏR XƏBƏRLƏR

Top