“Facebook”a gözlənilən yenilik gəldi

“Facebook” sosial şəbəkəsinin istifadəçiləri paylaşımlara yazılan şərhlərdə GIF-təsvirləri əlavə etmək imkanı əldə ediblər. “Yeniavaz.com”un “Rossiyskaya qazeta”ya istinadən verdiyi xəbərə görə, bu barədə sosial şəbəkənin xəbərlər bölümündə məlumat verilib. Daha əvvəl GIF-təsvirlərdən yalnız statuslarda istifadə etmək mümkün idi, lakin GIF fayl formatının 30 illiyi günündə onların köməkliyi ilə yazıları şərh etmək gerçəkləşdi. Qeyd etmək lazımdır ki, şərhlərdə GIF-təsvirlərin istifadəsində bəzi məhdudiyyətlər var. Məsələn, özünün animasiya olunmuş şəkillərini yükləmək və təsvirin URL-ünvanına yerləşdirmək olmaz. Akkaunt sahibləri münasib GIF-i tapmaq üçün xüsusi axtarışdan yararlana bilərlər. GIF-təsvirlərin çoxu “Giphy”, “Tenor” və “Disney” kimi tərəfdaş servislərdən götürülüb.

DİGƏR XƏBƏRLƏR

Top