Məşqçi yetirmələrinin rəqib komandayı 25:0 hesabı ilə udduğuna görə qovuldu

İspaniyanın “Serranos” (Valensiya) uşaq futbol klubunun məşqçisi yetirmələrinin rəqib komandaya 25:0 hesabı ilə qalib gəldiyi matçdan sonra qovulub. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, məşqçinin adı açıqlanmır. “Serranos” komandasının rəhbərliyinin fikrincə, bu nəticə oyunun ruhuna uyğun gəlmir, çünki məğlub olanlar üçün ağır zərbə olub. Matçda 11 yaşınadək uşaqlar iştirak ediblər. Klub rəhbərliyi bildirib: “Biz rəqiblərimizə hörmət edirik və onları belə böyük hesabla məğlub etməməliydik. Məşqçiyə isə yalnız nəticə lazım idi, buna görə də onunla ayrılmaq qərarına gəldik”. Qovulmuş məşqçi isə qeyd edib ki, yetirmələrinə daha çox qol vurmaq tapşırığı verməyib. Uduzan “Benikalap” komandası mövsümü turnir cədvəlinin sonuncusu kimi başa vurub. Komanda 30 oyun ərzində qapısından 247 top buraxıb.

DİGƏR XƏBƏRLƏR

Top