Fabio Kapello yeni klub çalışdıracaq

İtaliyalı mütəxəssis Fabio Kapello Çinin “Tzyansu Sunin” klubunun baş məşqçisi təyin edilib. “Yeniavaz.com”un “Championat.com” saytına istinadən verdiyi məlumata görə, 70 yaşlı məşqçi ilə müqavilənin müddəti il yarım olacaq. F. Kapellonun məvacibi isə 10 milyon avro təşkil edəcək. “Milan”ın keçmiş futbolçuları Canluka Zambrotta və Kristian Brokki onun assistentləri olacaqlar. Qeyd edək ki, italiyalı mütəxəssisin çalışdırdığı sonuncu komanda Rusiya yığması olub.

DİGƏR XƏBƏRLƏR

Top