Dünən “Xoşqədəm Hidayətqızının toy etmək istədiyi gənclərin toyu olubmuş” başlıqlı yazıda (http://yeniavaz.com/NewsContent/ZNewsContent/44585/xosqadam-hidayatqizinin-toy-etmak-istadiyi-ganclarin-toyu-olubmus) Rəşad və Vüsalə cütlüyünün toylarının olmasına baxmayaraq “Bizə danış” verilişinin onlara yenidən toy etmək istəməsindən bəhs edilib.
Məlumat üçün qeyd edək ki, bu mövzu sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Rəşadla dünən əlaqə saxlamağa çalışsaqda, bu cəhdimiz alınmadı. Ancaq bu gün Rəşad “Yeniavaz.com”a müraciət edərək açıqlama verib. Onun sözlərinə görə, onların həqiqətən də toyları olub: “Sadəcə olaraq Xoşqədəm xanım zəng etmişdi ki, gəlin sizə toy edəcəyik, biz də getdik. Ay yarım bundan qabaq “Bizə danış” verilişindən bizə zəng gəldi ki, sizə toy etmək istəyirik. Biz də dedik ki, toy etmək istəyirsizsə edin. Vüsalə toy edilməsini istəmədiyini dedi. Amma sonra elə oldu ki, bizi verilişə görə məcburiyyət oldu. Ona görə biz də məcbur olduq. Allah haqqı o verilişdə bizim toyumuzun olmasını bilirdilər, hər şeyi danışmışdıq. Bizə deyildi ki, sizin ürəyinizcə olan toy edək. Çünki, bizim toyumuzda ancaq internat uşaqları olub”.
Daha əvvəl bu cütlüyə toy edən xeyriyyəçi qrupdan razılıq edən Rəşad, onlara toy edənlərə, cehiz verənlərə təşəkkür etdi: “Bizə cehiz kimi soyuducu, televizor, taxt verilib. Amma 3 maşın cehiz verilməyib. Taxt evimiz kiçik olduğuna görə kirayə qaldığımız evin sahibinin qaldığı evdədi, soyuducu və televizoru isə Vüsalənin müalicəsinə görə satmışıq. Biz əslində əvvəldən ev məsələsinə görə o verilişə müraciət etmişdik. Ancaq sonra verilişin mövzusu dəyişdi, hər şeyi atdılar bizim üstümüzə. Mən o verilişə getmək istəmirəm, Vüsalə xəstədi, halı pisdi, mənə də deyirlər ki, yenə gəlməlisən”.
VİDEO