Ərəb Əmirliklərindən Türkiyəyə xəbərdarlıq

Birləşmiş Ərəb Əmirlikləri, Qətərin Türkiyə və İrandan yardım istəməsinin böhranda "yeni bir fəsil" açılmasına səbəb ola biləcəyini deyib. Bu barədə Reuters xəbər yayıb.

Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir və Yəmən "terrorizmə dəstək verməklə günahlandırdıqları" Qətər ilə diplomatik əlaqələrini kəsdiyini bildirmişdi.

Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyndə ölkələrinin hava məkanını Qətərə bağlayaraq, Qətərli diplomatların 48 saat ərzində ölkələrindən çıxmasını istəmişdi.

Qətərə qarşı aparılan diplomatik mühasirəyə Maldiv Adaları və beynəlxalq tlegitimliyi olmayan üsyançı general Xəlifə Hafter dəstəkçisi Liviya Tobruk hökuməti ilə Mavritaniya da qoşulub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, diplomatik böhranın həll edilməsi üçün hərəkətə keçib. Türkiyə Parlamenti Türkiyə əsgərlərinin Qətərdə yerləşdirilməsinə dair qanunu qəbul edilmiş və Ərdoğan tərəfindən imzalanmışdı.marja.az

DİGƏR XƏBƏRLƏR

Top