Yol qəzasına baxarkən qəzaya düşdü – VİDEO

Yolda baş vermiş qəzalar zamanı digər sürücülərin ən çox “sevdiyi” iş qəza olan yerdə avtomobili saxlayıb bir neçə saniyəlik də olsa həmin qəzaya baxmaqdır. Bəzən yolun əks tərəfində qəza baş verir, lakin digər yolda tıxac yaranır. Səbəb isə sadədir – maraq. “Cəmi 5 saniyə dayandım” deyərək hər sürücü avtomobili saxlayarsa 2-3 km arxada artıq 10 dəqiqəlik bir tıxac formalaşır. Bəzən isə baş verən qəzaya baxmaq marağı sürücülərin özünü qəzaya salır. Elə təqdim edəcəyimiz videoda belədir. Yol kənarında baş verən qəza və dayanıb tamaşa edən sürücülər. Bu zaman qarşı yol ilə gələn sürücü “nə baş verdiyini öyrənmək üçün” elə yolun ortasında avtomobili saxlayır. Arxadan sürətlə gələn digər avtomobil isə onu vurur.Avtosfer.az

Qeza

DİGƏR XƏBƏRLƏR

Top