Bakıda gənc qadın özünü 8-ci mərtəbədən yerə atıb

Bakının Binəqədi rayonunda gənc qadın intihar edib. Hadisə rayonun 8-ci mikrorayon ərazisində yerləşən binalardan birində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü qadın (Adı, hələlik açıqlanmır) özünü 8-ci mərtəbədən yerə atıb. O, xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.Report

DİGƏR XƏBƏRLƏR

Top