İraq polisi niqabla gəzməyi qadağan etdi

İraq polisi Mosulun İŞİD terror qruplaşmasının silahlılarından azad edilmiş rayonlarında qadınlara niqabla gəzməyi qadağan edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu yerli Polis İdarəsinin rəisi Vatik əl-Həmdani deyib. Onun sözlərinə görə, İŞİD hücrələri niqab və qadın libası geyinərək dinc sakinlərə hücum etməklə bağlı göstərişlər aldığına görə bazarlarda və mahallarda niqabla gəzmək qadağan edilir. O, həmçinin motosikletdə hərəkət üçün komendant saatı (18:00) elan edib və sakinləri hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə çağırıb. Polis mobil telefonlar üçün sim-kart satıcılarına bütün alıcılardan şəxsi məlumatlarını soruşmağı tövsiyə edib.

DİGƏR XƏBƏRLƏR

Top