Albalı yaşayış masivinin​ yolları acınacaqlı vəziyyətdədir - VİDEO

Paytaxtın Maştağa qəsəbəsində, Albalı yaşayış masivinin mərkəzi yolu bərbad vəziyyətdədir. Yolun hazır ki, vəziyyətinin pis olması isə orda yaşayan sakinlərin işini çətinləşdirir. Yola görə, kimi məktəbə, kimisi isə işə gecikir. Bəs həmin yolun təmir edilməməsinin səbəbi nədir?

Sakinlər deyir ki, məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət ediblər. Maştağa qəsəbə İcra Nümayəndəliyində həmin yolla bağlı sakinlərin dəfələrlə nümayəndəliyə müraciət etdiyini təsdiqlədilər. Ancaq İlqar Hüseynov küçəsi Bələdiyənin balansında olduğundan təmirinə cavabdeh deyillər. Maştağa Bələdiyyəsinin sədri İlqar Qurbanov isə müsahibə yerməkdən yayınsa da, şifahi olaraq bildirdi ki, həmin massivdə yaşayanlar əmlak vergisini vermir. Buna görə də, həmin yol təmir edilə bilmir.Xezerxeber

DİGƏR XƏBƏRLƏR

Top