Azərbaycanlı tələbələrdən Suriyadakı uşaq və gənclərə yardım

Mingəçevir Dövlət Universitetinin tələbə-gəncləri "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının 1 İyun-Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş "Suriyadakı uşaq və gənclər üçün bir ümid" adlı sosial kampaniyaya qoşulublar. Kampaniya çərçivəsində tələbə-gənclər hazırlanmış əl işləri və hədiyyələr, eləcədə paltar, uşaq oyuncaqları, məktəbli ləvazimatları toplayaraq humanizm prinsiplərini üstün tutmuşlar. Bu gün toplanan yardımlar Bakı şəhərinə yola salınmışdır. Universitetin professor və müəllim heyəti də kampaniyaya laqeyd qalmamış, yardıma köməki etmişdir. Qeyd edək ki, kampaniyaya universitetdən tərbiyə işləri üzrə prorektor, dosent Rövşən Əliyev rəhbərlik edib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top