Rusiyanın "İsgəndər-M" raket kompleksləri ilk dəfə istifadə olundu - Tacikistanda

Rusiyanın "İsgəndər-M" operativ-taktiki raket kompleksləri ilk dəfə Tacikistanda MDB-nin "Düşənbə - Antiterror-2017" adlı təlimində istifadə olunub. Bunu jurnalistlərə Mərkəzi hərbi dairənin qoşun komandanı general-polkovnik Vladimir Zarudnitski deyib. O qeyd edib ki, "İsgəndər-M" kompleksləri ilk dəfə Düşənbədə birgə antiterror təlimlərində istifadə olunub. Daşımanı Rusiya Hərbi Kosmik Qüvvələrinin təyyarələri təmin edib. V.Zarudnitski bildirib ki, təlimlər zamanı hərbçilər dağlarda şərti terrorçuların baza düşərgəsinə raketlərin döyüş buraxılışını da icra edəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top