Oyunlarında bilet satışından əldə edilmiş gəlir açıqlandı

“IV İslam Həmrəyliyi Oyunlarında 59 ölkədən olan tamaşaçılar 360 min bilet alıb. Təxminən bilet satışından 3 milyon manata yaxın gəlir əldə edilib. Lakin bunlar hələ tam dəqiq rəqəm deyil”. Bunu gənclər və idman naziri Azad Rəhimov IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş yekun mətbuat konfransında deyib. Nazir komanda yarışlarında çempion olan futbol yığmasına ümumilikdə 150 min manat mükafat veriləcəyini deyib. A. Rəhimov bildirib ki, Federasiya tərəfindən də futbolçulara mükafatın veriləcəyi gözlənilir.Marja.az

DİGƏR XƏBƏRLƏR

Top