General: "Kaş ölərdim, bu günləri görməzdim"

Türkiyədə keçən ilin 15 iyulunda hərbi çevrilişə cəhddə təqsirləndirilən şəxslərdən əsas qrupun məhkəməsi başlayıb.

Türkiyə mətbuatının məlumatına görə, prosesdə Hərbi Hava Qüvvələrinin sabiq komandanı Akın Öztürk ifadə verib. O, ifadəsində bildirib ki, həmin günü baş verənlərdən xəbərsiz olub: “Böyük millətim, məni yetişdirən komandirlərim və döyüş yoldaşlarım yaxşı bilsinlər ki, bu xain çevriliş cəhdi ilə heç bir əlaqəm yoxdur, hətta olanlardan xəbərim olmayıb”.

İfadəsini davam etdirən general həmçinin qeyd edib ki, xainliklə bağlı verilən ittiham onun üçün ən böyük cəzadır: “Hərbiyə and içdiyim gündən bəri vətənə xəyanət etməmişəm. 46 illik həyatım boyu tez-tez ölümlə burun-buruna gəlmişəm. Kaş həmin vaxtlarda ölərdim, bu gün bu cür ittiham olunmazdım”.lent.az

DİGƏR XƏBƏRLƏR

Top