Suriyada avtomatını itirən rus hərbçi mühakimə edildi

Suriyada avtomat silahını itirən rusiyalı hərbçi Artyom Xilko cərimələnib. “Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, A. Xilko digər hərbçilərlə birlikdə ezamiyyət zamanı Tartus şəhərində Hərbi Dəniz Qüvvələrinin maddi-texniki məntəqəsinə göndərilmiş yükləri qəbul edib. Yükləri boşaldarkən A. Xilko silahını “Ural” yük avtomobilinin göyərtəsinə asıb, sonra isə onu götürməyi unudub. Rusiyada hərbçiyə qarşı “hərbi əmlakın itrilməsi” maddəsi üzrə cinayət işi açılıb. Həmin maddəyə əsasən, A. Xilkonu 2 il həbs cəzası gözləyirdi. Lakin prokuror hərbçi üçün 50 min rubl həcmində cərimə istəyib. Məhkəmə müqavilə əsasında xidmət keçən hərbçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini nəzərə alaraq ondan bu məbləğin alınmasını təmin etməyib. Bununla belə, məhkəmə hərbçini minimum məbləğə cərimələyib. Hazırda A. Xilko orduda xidmətinin davam etdirir.

DİGƏR XƏBƏRLƏR

Top