Ramil Quliyev Türkiyə yığmasına qızıl medal qazandırıb

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. 27 yaşlı sprinter finalda 100 metr məsafəni 10,06 saniyəyə qət edib. Bruneyli Endryu Fişer 10,16 saniyə nəticə ilə gümüş, omanlı Bərəkət əl-Harti 10,35 saniyə göstərici ilə bürünc medal əldə edib. Qeyd edək ki, Ramil Quliyev yarımfinalda 10,31 saniyə nəticə ilə birinci yerin sahibi kimi finala adlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top