"Dövlət İmtahan Mərkəzinin "imtahan-imtahan" oyunu..."

Xəbər verildiyi kimi, bu gün respublikanın 29 şəhər və rayonunda monitorinq imtahanı keçirilir. İmtahanlar Naxçıvan, Ordubad, Şərur, Gəncə, Şəmkir, Göygöl, Qazax, Ağstafa, Tovuz, Mingəçevir, Şəki, Qəbələ, Qax, Bərdə, Ağcabədi, Göyçay, Zərdab, Ağdaş, İsmayıllı, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Xaçmaz ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan şagirdlər üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə təşkil olunub. Qeyd olunan regionlarda keçiriləcək monitorinq imtahanlarında 117 məktəb üzrə 3000-dən çox şagir iştirak edir.

"Yeniavaz.com" saytı xəbər verir ki, təhsil üzrə ekspert Kamran Əsədov bu imtahanların keçirilməsinin anlaşılmaz olduğunu bildirib: "Dövlət İmtahan Mərkəzi (DİM) 11-ci sinifdə təhsil alan şagirdlər üçün Azərbaycan dili və Riyaziyyat fənlərindən monitorinq imtahanı keçirir. Vallah, mənə bu qaranlıq qaldı ki, ilin-günün bu vaxtı nə monitorinq imtahanıdır? Axı bunlar təhsillərini başa vururlar. Bundan başqa, həmən 11-cilər aprelin 30-u və mayın 7-si qəbul imtahanı veriblər. Əlavə olaraq mayın 27-si və iyunun 11-i sınaq, iyun ayında buraxılış, iyul ayında yenidən qəbul imtahanı verəcəklər. O imtahan sualları ilə istədiyiniz monitorinqi aparın də. Yazıq abituriyentləri 2 ay ərzində bu qədər imtahana, stresə salmağa nə ehtiyac var? Onsuzda onlar qəbul imtahanlarında orta məktəb bilikləri ilə iştirak etmirlər, heç olmasa, imtahan-imtahan oyunu ilə hazırlıqlarından kənarlaşdırmayın ki, sonra məhz hazırlıqda əldə etdikləri biliklərlə topladıqları balları bəh-bəhlə öz adınıza uğur kimi çıxarasınız. Başqa bir problem də var ki, indi monitorinq imtahanları keçirilən məktəblərdə adı gedən, özü isə Bakıda hazırlaşan 100-lərlə şagird var. İndi onlar basa-basa buradan rayona gedəcəklər. İnanın, rayonlarda elə məkrəblər var ki, direktorlar məktəbin qəbul nəticələri olsun deyə bal toplayan şagirdləri aralarında bölüşdürüblər. Şagirdlərin adı bir məktəbdə gedir, özləri isə başqa məktəbdə dərsə gedir. Dünya təhsil sistemində belə təhsil alma forması müəyyən edilməyib ki, bizimkilər kəşf ediblər".

DİGƏR XƏBƏRLƏR

Top