Ölkə iqtisadiyyatına qoyulan sərmayə azalıb

Bu ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyard 533,4 milyon manat və ya əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 3,5 faiz az vəsait yönəldilib. "Yeniavaz.com" Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, vəsaitin 2 milyard 982 milyon manatı neft sektoruna, 1 milyard 551,4 milyon manatı isə qeyri-neft sektoruna yönəldilib, ümumi sərmayənin 72,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilibr. İstifadə olunan vəsaitin 83,9 faizi məhsul istehsalı obyektlərinin, 11,2 faizi xidmət sahələri üzrə obyektlərin, 4,9 faizi isə ümumi sahəsi 506,5 min kvadrat metr olan yaşayış evlərinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsait ümumi sərmayənin 36,5 faizini təşkil edib.

Əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 72,8 faiz, bank kreditləri 10,8 faiz, büdcə vəsaitləri 10,3 faiz, əhalinin şəxsi vəsaitləri 4,4 faiz, büdcədənkənar fondların vəsaitləri 1,2 faiz, sair vəsaitlər isə 0,5 faiz təşkil edib.

2017-ci ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 2136 şagird yerlik 4 ümumtəhsil məktəb binası, 224 yerlik məktəbəqədər təhsil müəssisəsi, Saatlı rayonunda 110/35/10 kilovoltluq “Sarıcalar” elektrik yarımstansiyası, Yevlax şəhərində Varvara balıqartırma müəssisəsi istifadəyə verilmişdir

DİGƏR XƏBƏRLƏR

Top