Akademik: "Sosial şəbəkədə olmaq vaxt itkisidir"

“Sosial şəbəkədən istifadə etməyi xoşlamıram. Çünki lazım olmayan fikirlər, münasibətlər bizi əsas fikirdən yayındırır”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə “ASAN radio”nun “QəbuldASAN” verilişində deyib.

O bildirib ki, bu gün gənclərimiz sosial şəbəkədə daha çox olurlar: “Bu, zamanın tələbidir. Sosial şəbəkədə olmaq vaxt itkisidir. O vaxtın hesabına qiymətli kitab oxuya bilərəm. Bəzən artıq informasiyanın özü də zərərlidir”. Report

DİGƏR XƏBƏRLƏR

Top