Donald Tramp saxtakarlığı araşdırmaq üçün komissiya yaratdı

ABŞ prezidenti Donald Tramp ötən ilki prezident seçkisində baş verən qanun pozuntularının araşdırılması üçün komissiyanın yaradılması haqqında sərəncam imzalayıb. “Amerikanın səsi” radiosu xəbər verir ki, bunu Ağ evin mətbuat katibinin müavini Sara Sanders bildirib. Onun sözlərinə görə, D.Tramp vitse-prezident Mayk Pensi komissiyanın sədri təyin edib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti bildirib ki, ötən ilki seçkidə milyonlarla insan qeyri-leqal səs verdiyindən səslərin ümumi sayında rəqibinə, keçmiş dövlət katibi Hillari Klintona məğlub olub. Bununla belə D.Tramp dediklərini təsdiqləyən sübutlar təqdim etməyib.Report

DİGƏR XƏBƏRLƏR

Top