Ermənistanda hakim 600 dollar rüşvətə görə saxlanılıb

Ermənistanın Ararat və Vayotsdzor vilayətlərinin ümumi yurisdiksiya məhkəməsinin hakimi rüşvət aldığına görə saxlanılıb. Yerli mənbələrin verdiyi xəbərə görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) məlumatına əsasən, hakim cərimə cəzasının tətbiqini nəzərdə tutan qərar verməsinə görə vətəndaşdan 600 dollar rüşvət tələb edib. Levon Arazyan tələb etdiyi məbləği alarkən MTX əməliyyatçıları tərəfindən saxlanılıb. İş üzrə materiallar Baş Prokurorluğa göndərilib.Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top