ABŞ ordusunun helikopterləri Estoniyadadır

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 6 helikopter Tallin yaxınlığındakı Emeri bazasına eniş edib. “Yeniavaz.com”un “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Estoniya Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumatda deyilir ki, 4 ədəd “Aн-64 Apache” və 2 ədəd “UH-60 Black Hawk” helikopteri NATO-nun “Yaz fırtınası” adlı irimiqyaslı təlimlərdəiştirak edəcək. Estoniyada NATO-nun beynəlxalq təlimləri mayın 8-dən 26-dək davam edəcək. Təlimlərdə eston hərbçilərindən savayı 13 ölkədən təqribən 2,3 min əcnəbi hərbçi iştirak edir.

DİGƏR XƏBƏRLƏR

Top