İŞİD terror təşkilatı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) işləyən agenti ələ keçirərək öldürüb. “Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, İŞİD agentin boğazının kəsildiyi rus dilində 12 dəqiqəlik video paylaşıb. Videonun Rusiyanın II Dünya müharibəsində qələbənin ildönümünü qeyd etdiyi gündə yayınlanması diqqət çəkir. Videoda daha 3 əsirin rusca danışdığı eşidilir. Terror təşkilatı daha əvvəl də buna bənzər təbliğat xarakterli videolar paylaşıb. Həmin görüntülərdə bəzi rus əsgərlərin öldürülməsi də yer alıb. Rəsmi Moskva yeni görüntülərlə bağlı hələ açıqlamaya verməyib. Rusiya Müdafiə Nazirliyi 2015-ci ilin sentyabrından bu günədək əməliyyatların aparıldığı Suriyada 30-dək əsgərinin öldüyünü bəyan edib.