İran Pakistana zərbələr vurmaqla hədələdi

İran hərbi qüvvələri harada yerləşməsindən asılı olamayaraq, o cümlədən Pakistan ərazisindəki terrorçulara zərbələr vuracaq. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu İran Silahlı Qüvvələri Baş Qərargah rəisi diviziya generalı Məhəmməd Hüseyn Bageri deyib. O bildirib ki, mövcud vəziyyət İran üçün tamamilə qəbuledilməzdir: “Biz ümid edirik ki, Pakistan hakimiyyəti sərhədi nəzarət götürəcək, terrorçuları İrana təhvil verəcək və onların bazalarını məhv edəcək. Pakistan tərəfindən hücumlar davam edərsə, harada yerləşməsindən asılı olmayaraq, terrorçuların gizləndikləri yerlərə dağıdıcı zərbələr vurulacaq”.

Qeyd edək ki, bu yaxınlarda İran-Pakistan sərhədindəki insident bu bəyanata səbəb olub. Aprelin 26-da İran sərhəd xidmətinin hərbçiləri keşik çəkərkən Pakistanın Sistan və Bəlucistan vilayətlərinin cənub-şərqindəki Mircaveh rayonundan atəşə məruz qalıblar. İnsident nəticəsində 10 sərhədçi – iki kiçik zabit və 8 sıravi – həlak olub, daha üçü isə yaralanıb.

Hücuma görə məsuliyyəti “Ceyş əl-Adl” (“Ədalət ordusu”) qruplaşması üzərinə götürüb. İran tərəfi isə bu qruplaşmanı “Ceyş əz-Zulm” (“Zülm ordusu”) adlandırır. Bu qruplaşma Pakistanda yerləşir və İranın cənub-şərqində diversiyalar törədir. Qruplaşma 2012-ci ildə yaradılıb və İran təhlükəsizlik qüvvələrinin dağıtdığı “Cundallah” (“Allahın döyüşçüləri”) qruplaşmasının varisi sayılır.

DİGƏR XƏBƏRLƏR

Top