Azərbaycandakı veloyarışda maraqlı görüntü: at nələr etdi? VİDEO

Sosial şəbəkədə Azərbaycan keçirilən velosiped yarışı zamanı maraqlı görüntü paylaşılıb.

Velosipedçilər hərəkətdə olarkən yolun kənarı ilə qaçan at diqqət çəkib. Bu görüntülərin dünən başa çatan “Tour d’Azerbaidjan-2017” yarışı zamanı çəkildiyi bildirilib.

Lakin Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Qol.az-a bildirilib ki, çəkiliş həmin yarışda deyil, 2015-ci ilin noyabrında aparılıb.

“Velosipedi sürənlər isə “Tour d’Azerbaidjan” yarışmasının peşəkar iştirakçıları yox, həvəskarlardan ibarət “Bike Tastic” qrupunun üzvləridir. Bu qrupun üzləri belə yürüşü tez-tez təşkil edirlər. Çəkilişi qrupun üzvü olan Zaur Mirzəyev Qaxda, İIisu kəndi yaxınlığında aparıb” – deyə Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev bildirib.

Qurum rəsmisi onu da deyib ki, bu hadisə təbii olaraq yaranıb.qol.az

yaris

DİGƏR XƏBƏRLƏR

Top