“Boko Haram”ın başçısı yaralandı

“Boko Haram” radikal qruplaşmanın başçısı Əbubakar Şekua Nigeriya Hərbi Hava Qüvvələrinin ölkənin şimal-şərqində endirdiyi hava zərbələri nəticəsində yaralanıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Nigeriyanın təhlükəsizlik xidmətindəki mənbə deyib. Hava zərbələri Borno ştatının Damboa rayonuna endirilib. Ə. Şekuanın müavini və bir neçə silahlı da zərbələrin qurbanına çevrilib.

DİGƏR XƏBƏRLƏR

Top