Azərbaycan neftinin qiyməti dəyişməyib

Hər il may ayının 1-də Beynəlxalq əməkçilər gününün keçirilməsi və birjaların işləməməsi səbəbindən Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiymətində heç bir dəyişiklik olmayıb.

"Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti ötən gün olduğu kimi 53,04 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. Report

DİGƏR XƏBƏRLƏR

Top