Türkiyədə qapalı məkanlarda siqaretə qarşı mobil əlavə tətbiq ediləcək

Türkiyədə qapalı məkanlarda siqaretin çəkilməsinə qoyulmuş qadağa ilə əlaqədar ciddi addımlar atılacaq. “Yeniavaz.com”un İHA-ya istinadən verdiyi məlumata görə, bunu Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ deyib. Onun sözlərinə görə, İstanbulda və ümumiyyətlə Türkiyədəki obyekt sahiblərinə qapalı məkanlarda siqaret çəkilməsinə icazə verilməyəcək. Nazir qapalı məkanlarda siqaret çəkilməsinə qarşı mübarizə qismində atılacaq addımlardan biri kimi “Yaşıl dedektor” mobil əlavəsininin tətbiq ediləcəyini bildirib. O əlavə edib ki, bütün vətəndaşlar yeni mobil əlavəni telefonlarına yükləyə bilərlər: “Bütün vətəndaşlarımız bu mobil əlavədən istifadə etməlidir. Belə olan halda qapalı məkanlarda siqaret çəkildiyinə dair xəbərdarlıq zəngi etməyə ehtiyac qalmayacaq. Belə ki, mobil əlavədə olduğunuz yeri seçərək düyməni basmaqla nəzarətçilərin oraya gəlməsini təmin etmək mümkün olacaq. Heç kəslə mübahisə etməyə lüzum qalmayacaq. Hamı bilir ki, siqaret çəkmək olmaz”.

DİGƏR XƏBƏRLƏR

Top