Toy edəsi yaşda oğlan və qızları da başqasına övladlığa verirlər - Azərbaycanda

Azərbaycanda sonsuzluqdan əziyyət çəkən ailələr kifayət qədərdir. Həmin ailələrdən bir çoxu sonradan ya ayrılır, ya da qohum-əqrabadan, uşaq evlərindən övladlığa götürürlər. Lakin bu prosedura o qədər çətinləşdirilib ki, hər istəyən adam uşaq övladlığa götürə bilmir. İllərini buna sərf edən, lakin müxtəlif səbəblərdən buna nail ola bilməyən ailələr kifayət qədərdir.

"Yeniavaz.com" saytı xəbər verir ki, son illər hər il Azərbaycanda təxminən 800 və yaxud 900-dən bir qədər çox uşaq övladlığa verilir. Lakin təəssüf ki, sonradan müxtəlif səbəblərdən həmin uşaqlardan geri alınanlar, yəni övladlığa götürmənin ləğvi qərarı ilə üzləşənlər də var. Əvvəlcə övladlığa götürülən uşaqların sayına diqqət yetirək:

- 2005-ci ildə - 803 uşaq

- 2006-cı ildə - 929 uşaq.

- 2008-ci ildə - 844 uşaq.

- 2009-cu ildə - 845 uşaq.

- 2010-cu ildə - 798 uşaq.

- 2011-ci ildə - 934 uşaq.

- 2012-ci ildə - 989 uşaq.

- 2013-cü ildə - 961 uşaq.

- 2014-cü ildə - 918 uşaq.

- 2015-ci ildə - 805 uşaq.

Qəribədir ki, Azərbaycanda övladlığa verilənlər arasında bir qədər böyüklər də var. Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumatlar da bunu sübut edir.

Övladlığa götürülənlər arasında 11-17 yaşlıların sayına diqqət yetirək:

- 2005-cı ildə - 147 nəfər (65-i qızdır).

- 2006-ci ildə - 200 nəfər (74-ü qızdır).

- 2008-ci ildə - 153 nəfər (63-ü qızdır).

- 2009-cu ildə - 115 nəfər (35-i qızdır).

- 2010-cu ildə - 116 nəfər (56-ı qızdır).

- 2011-ci ildə - 137 nəfər (49-u qızdır).

- 2012-ci ildə - 130 nəfər (45-i qızdır).

- 2013-cü ildə - 145 nəfər (51-i qızdır).

- 2014-cü ildə - 150 nəfər (69-u qızdır).

- 2015-ci ildə - 103 nəfər (46-ı qızdır).

Ölkəmizdə uşağı olmayan ailələrə övladlığa verilənlər arasında 6-10 yaşlı oğlan və qızlar da az deyil:

- 2005-cı ildə - 198 nəfər (97-i qızdır).

- 2006-ci ildə - 189 nəfər (78-i qızdır).

- 2008-ci ildə - 173 nəfər (73-ü qızdır).

- 2009-cu ildə - 162 nəfər (71-i qızdır).

- 2010-cu ildə - 148 nəfər (70-i qızdır).

- 2011-ci ildə - 162 nəfər (54-ü qızdır).

- 2012-ci ildə - 195 nəfər (90-ı qızdır).

- 2013-cü ildə - 183 nəfər (81-i qızdır).

- 2014-cü ildə - 203 nəfər (72-i qızdır).

- 2015-ci ildə - 176 nəfər (79-u qızdır).

Statistikaya diqqət yetirəndə bir maraqlı məqam da ortaya çıxır. Belə aydın olur ki, başqasına övladlığa verilən, lakin sonradan müəyyən səbəblərdən övladlığa götürülməsi barədə qərarları ləğv edilənlər arasında məhz ən çox 11-17 yaşlılardır. Övladlığa götürülməsi barədə qərar ləğv olunanlar arasında ikinci yerdə gələnlər isə 6-10 yaşlılardır.

Əvvəlcə övladlığa götürülməsi barədə qərarı ləğv edilən 11-17 yaşlıların sayına diqqət yetirək:

- 2005-cı ildə - 41 nəfər (14-ü qızdır).

- 2006-ci ildə - 29 nəfər (10-u qızdır).

- 2008-ci ildə - 53 nəfər (20-i qızdır).

- 2009-cu ildə - 50 nəfər (18-i qızdır).

- 2010-cu ildə - 49 nəfər (23-ü qızdır).

- 2011-ci ildə - 45 nəfər (12-i qızdır).

- 2012-ci ildə - 42 nəfər (13-ü qızdır).

- 2013-cü ildə - 46 nəfər (19-u qızdır).

- 2014-cü ildə - 49 nəfər (17-i qızdır).

- 2015-ci ildə - 36 nəfər (19-u qızdır).

Övladlığa götürülməsi barədə qərarı ləğv edilənlər 6-10 yaşlılar:

- 2005-cı ildə - 5 nəfər (1-i qızdır).

- 2006-ci ildə - 14 nəfər (7-i qızdır).

- 2008-ci ildə - 32 nəfər (15-i qızdır).

- 2009-cu ildə - 8 nəfər (2-i qızdır).

- 2010-cu ildə - 49 nəfər (23-ü qızdır).

- 2011-ci ildə - 4 nəfər (3-ü qızdır).

- 2012-ci ildə - 7 nəfər (5-i qızdır).

- 2013-cü ildə - 7 nəfər (2-i qızdır).

- 2014-cü ildə - 8 nəfər (5-i qızdır).

- 2015-ci ildə - 15 nəfər (2-i qızdır).

Nicat

DİGƏR XƏBƏRLƏR

Top