Bakıda bunu da satırlar - Kiloqramı 5 manatdır - VİDEO

Bakıda xərçəng alıcıları kifayət qədərdir. Yəqin elə bu səbəbdəndir ki, xərçəng satışına da böyük maraq var. Paytaxtda xərçəng satışı ilə də məşğul olan mağazalardan birinin işçisi "Yeniavaz.com" saytının əməkdaşı ilə söhbətində alıcılarının kifayət qədər olduğunu bildirib. Onun sözlərinə görə, əvvəllər diri xərçəngləri daha çox kafe və restoranlar alıb müştərilərə satırdılarsa, indi evdə bişirmək üçün alanlar da kifayət qədərdir: "Əvvəllər milliyyətcə rus olan Bakı sakinləri alırdılar xərçəngi, indi görürsən ki, yerli əhali də alır. Əvvəllər diri xərçəngin bir kiloqramı 2-3 manat olardı, indi isə tələbat artır deyə 5 manat olub. Belə demək mümkünsə, xərçəngin xüsusi fanatları var, alıb aparırlar, bişirirlər və yenə də gəlirlər".

Satıcının sözlərinə görə, xərçəngin əsas "ağ ət" deyilən hissəsi yeyilir: "Qaynadıb yeyirlər. Alanlardan soruşmuşam, qollarının ətrafında və ortasında "ağ ət" var, onu yeyirlər. 2 nəfərə 1 kiloqram doyunca bəs edir. Qadınlar əsasən yarım kiloqram alırlar".

Nicat

Xerceng satilir

DİGƏR XƏBƏRLƏR

Top