Ukraynanın eks-baş naziri Çeçenistanda rus əsgərlərini güllələməkdə iştirakda günahlandırılır

Rusiya İstintaq Komitəsi Ukraynanın keçmiş baş naziri Arseniy Yatsenyukun cinayət məsuliyyətinə cəlb edilməsinə çalışacaq. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko deyib. Onun sözlərinə görə, A. Yatsenyukun 1994-1995-ci illərdə Çeçenistandakı toqquşmalarda iştirakı ilə bağlı komitənin sübutları var: “İstintaq Komitəsi onu beynəlxalq hüquqla nəzərdə tutulan bütün hüquqi imkanlardan istifadə edərək Rusiya qanunvericiliyinə uyğun cinayət məsuliyyətinə cəlb etməyə çalışacaq”. S. Petrenko əlavə edib ki, komitənin A. Yatsenyukun ən azı iki silahlı münaqişədə iştirakına dair sübutu var: “Bunlardan biri 31 dekabr 1994-cü ildə Qroznının Minutka meydanında, digəri isə 1995-ci ilin fevralnda baş verib. Bundan başqa, A. Yatsenyuk 7 yanvar 1995-ci il tarixində Qroznının Oktyabrsk rayonunda Rusiya ordusunun əsir düşmüş hərbçilərinə işgəncə verməkdə və onları güllələməkdə iştirak edib”. Xatırladaq ki, Rusiya Baş Prokurorluğu aprelin 28-də A. Yatsenyulun axtarışı üçün materialları İnterpola göndərib.

DİGƏR XƏBƏRLƏR

Top