Merkel: Türkiyədəki vəziyyət Aİ-nin reaksiya verməsini tələb edir

Türkiyədə konstitusiya islahatı haqqında referendum ölkənin Avropa İttifaqı (Aİ) ilə münasibətlərini ciddi şəkildə çətinləşdirib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Almaniya Kansleri Angela Merkel Bundestaqda çıxış edərkən bildirib. Bu hadisələrin heç şübhəsiz münasibətləri ciddi çətinə saldığını deyən A. Merkel Ankaranı beynəlxalq təşkilatların tənqidlərini nəzərə almağa çağırıb. O əlavə edib ki, Türkiyədə daxili siyasi vəziyyətin inkişafı Aİ tərəfindən reaksiya verilməsini tələb edir: “Biz Aİ çərçivəsində hansı hadisələrin inkişafına qarşı necə müəyyən cavab tədbirərinin görülməsini uyğun hesab etdiyimizi müzakirə edəcəyik. Almaniya hökuməti bununla yanaşı çalışır ki, Avropa institutlarının vahid mövqeyi olsun”.

DİGƏR XƏBƏRLƏR

Top