Təzminat almalı olan şəxslərin hesablarına vəsaitlərin köçürülməsinə başlanılıb

Xəbər verdiyimiz kimi, bir müddət öncə Avropa İnsan Haqları Məhkəməsi 11 azərbaycanlı ərizəçinin işi üzrə qərarlarını elan edib. "Yeniavaz.com" xəbər verir ki, tanınmış vəkil Əsabəli Mustafayev bildirib ki, bu işlər üzrə ümumilikdə hüquqi xidmətə görə əlavə olaraq 9400 avro ayrılıb. Ödəniləcək kompensassiyaların cəmi 81 min 690 avrodur.

Vəkil qeyd edib ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə kompensassiya almalı olan şəxslərin hesablarına vəsaitlərin köçürülməsinə başlanılıb: "Hökümət kompensassiyaların bir hissəsini artıq bank hesablarına köçürüb. Kompensassiyanın tam məbləği deyil, kiçik bir hissəsini köçürülüb".

Vəkil müdafiə etdiyi şəxslərə bəzi tövsiyələrini də verib: "Müdafiə etdiyim şəxslərdən xahiş edirəm ki, bankla əlaqə saxlasınlar və köçürülmiş məbləğ barədə mənə məlumat versinlər. Bu məlumat Avropa Şurasının Nazirlər Komitəsinə göndərmək, kompensassiyanın qalan hissəsinin ödənilməsi üçün fəaliyyətimizi davam etditmək və faiz hesablanmasını nəzarətdə saxlamaq üçün vacibdir".

DİGƏR XƏBƏRLƏR

Top