Paraqvayda “əsrin qarəti” baş verib

Paraqvayda quldurlar zirehli avtomobil firmasınanın kassa şöbəsini silahlar və partlayıcılardan istifadə edərək qarət ediblər. “Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Braziliya ilə sərhəddəki Siudad del Este şəhərində yerləşən “Prosegur” adlı firmaya yönəlik baş verib. Polis idarəsinin nümayəndəsi Arsenio Korrea bildirib ki, soyğun 3 saat davam edib və qarətdə 80 dəstə üzvü iştirak edib: “Soyğunda 1 polis əməkdaşı həlak olub, 3 mülki şəxs isə yaralanıb. Qarətçilər hadisə yerindən uzaqlaşmağı təmin etmək üçün snayperdən istifadə ediblər və insanların diqqətini yayındırmaq məqsədilə 10-dan çox avtomobilə od vurublar”. İnsident ölkədə “əsrin qarəti” kimi səciyyələndirilib. Soyğun zamanı oğurlanan məbləğin həcmi barədə hələ açıqlama verilməsə belə, pul miqdarının 40 milyon dollara yaxın olduğu güman edilir. İnsident zamanı dəstə üzvlərinin 3-ü öldürülüb, 2-si isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top