Tovuzda qardaş qətlinin təfərrüatı məlum olub

Tovuz rayonunda qardaş qardaşı tüfənglə gülləyərək qətlə yetirib. Hadisə bu gün axşam saatlarında rayonun İbrahimhacılı kəndinə baş verib. Belə ki, kənd sakini, 1995-cu il təvəllüdlü Sərxan Şaiq oğlu İsmayılov qardaşı, 2002-ci il təvəllüdlü İbrahim Şaiq oğlu İsmayılovun həyətdə olarkən 16 mm çaplı ov tüfəngi ilə açdığı güllə ilə ölüb. Mərhumun yaxınları ehtiyatsızlıq səbəbindən onun əlindəki tüfəngin açıldığını və güllənin qardaşına dəydiyini bildiriblər. Məlumata görə, qardaşlar videoçəkiliş aparırlarmış. Bu zaman qardaşlardan biri tüfəngi digərinin başına tuşlayıb və içərisində güllə olmadığını düşünərək atəş açıb. Nəticədə başından güllə yarası alan Sərxan İsmayılov hadisə yerində ölüb. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.Report

DİGƏR XƏBƏRLƏR

Top