3 ay ərzində 729 milyon manat vergi borcu qeyd-şərtsiz silinib

Bu ilin yanvar ayının 1-i tarixinə 39 min 880 vergi ödəyicisinin dövlət büdcəsinə 1 milyard 409 milyon 370,7 min manat, aprel ayının 1-ə isə 41 min 352 vergi ödəyicisinin 1 milyard 16 milyon 626 min manat məbləğində vergi borcu olub. "Yeniavaz.com" Vergilər Nazirliyinə istinadən bildirir ki, cari ilin I rübü ərzində 35 min 542 sayda vergi ödəyicisinin 251 milyon 86,4 min manat məbləğində borcu yaranıb, 34 min 70 sayda vergi ödəyicisinin 643 milyon 831,1 min manat məbləğində borcu ləğv edilib.

"Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanuna uyğun olaraq, 69 min 329 vergi ödəyicisinin 728 milyon 83,1 min manat məbləğində borcu qeyd-şərtsiz olaraq silinib.

Bundan əlavə, qanunun 2.2-ci və 3-cü maddələrinə əsasən ilin yanvar-mart ayları ərzində edilmiş 8 milyon 13,1 min manat ödəniş müqabilində 4 min 428 vergi ödəyicisinin 1 yanvar 2017-ci il tarixə mövcud olan maliyyə sanksiyaları üzrə borclarının 13 milyon 760,9 min manatı silinib.

DİGƏR XƏBƏRLƏR

Top