Səudiyyə Ərəbistanı ölkədən çıxan əcnəbnilərdən pul alacaq

Səudiyyə Ərəbistanı viza yığımlarının həcmini xeyli artırıb. “Yeniavaz.az”ın TASS-a istinadən verdiyi məlumata görə, bundan sonra əcnəbilər təkcə ölkəyə girişə görə deyil, həm də ölkədən çıxmağa görə ödəniş edəcəklər.

Belə ki, Səudiyyə Ərəbistanı ərazisini tərk etmək istəyən təqribən 50 dollar ödəmilidir. Hazırda 80 dollar olan tranzit vizası da xeyli artırılıb.

Ölkəyə iki aylıq birdəfəlik giriş vizası isə 50 dollardan 530 dollaradək artırılıb. Əcnəbi hər bir əlavə aya görə 26 dollar ödəmilidir. Bununla belə, zəvvarlar üçün Krallığa ilk səfər pulsuz olacaq.

Bundan başqa, yeni qaydalara əsasən, əcnəbi işçilər ölkəyə girişə görə 80 dollar ödəyəcəklər, yarım il üçün işçi vizası 800 dollar, bir il üçün 1333 dollar, iki il üçün isə 2133 dollar təşkil edəcək.

Səudiyyə Ərəbistanı miqrantların sayına görə dünyada dördüncü yeri tutur, onların sayı 9,1 milyion nəfərdir. Bunu nəzərə alaraq, Səudiyyə Ərəbistanı əcnəbilərin daimi yaşayışı üçün vizalar sayəsində ildə 12 milyard dollar qazana biləcək.

DİGƏR XƏBƏRLƏR

Top