70 yaşlı qadını nasizmdə suçlayıblar

Kembric sakinini eyvanından toxunma qorilla asdığı üçün nasizmdə suçlayıblar. Polislər 70 yaşlı Enn Fistin evinə gələndə bildiriblər ki, onlara pəncərədən asılan “qara bədənlə” bağlı şikayət daxil olub. Kimsə bunu çox aşağılayıcı hesab edib. Fist isə hüquq-mühafizə orqanı nümayəndələrinə izah edib ki, toxuma işləri ilə məşğul olur və polislərə evindəki iki qutu yunu göstərib: “Qorillalar qara rəngdədir və mən onu ağ rəngdə toxuya bilməzdim”.

Hadisədən sonra qadın deyib ki, o, oyuncaqlarından bəzilərini satır və alıcılarından heç biri bu günə qədər şikayət etməyib. Bundan başqa, Fist pəncərəsindən üzərində “şikayətçi ilə tanış olmaq istəyirəm” yazılmış bir elanı da asıb. Kembric polisinin mətbuat xidməti dəqiqləşdirib ki, oyuncağa görə hər hansı şikayət daxil olmayıb. Hüquq-mühafizə orqanları əməkdaşları isə qorilla fiqurunu “potensial rassist obyekti” adlandırıb. Criminal.az

DİGƏR XƏBƏRLƏR

Top