Bakıda göllərin qurudulması hansı fəsadları səbəb olur?

Paytaxtın bir çox ərazisində göllər qurudularaq yerində evlər, ictimai obyektlər inşa edilir. Göllərin qurudulub yerində ev inşa etməyin təbiətə hansı təsirləri var? Məsələ ilə bağlı danışan ekoloq Müslüm Qurbanovun sözlərinə görə, qurudulmuş göllər ekosistemə qəbul olunmuş göllər deyil. Müxtəlif axıntıların, yeraltı suların yaratdığı göllərdir. Bu göllərin qurudulmasının ətraf mühitə xeyri var. Göllərin qurudulması texniki məsələdir. Su çəkilməlidir, torpaq qatı bərpa edilməlidir. Bu qurudulma torpağın təyinatına uyğun aparılmalıdır. Adətən neft tullantıları ilə çirklənmiş ərazilərdə tədqiqat işləri aparılır, buxarlanma dərəcələri müəyyən edilir ki, torpağın tərkibində neft qalıqlarından buxarlanma nə qədərdir. Əgər onlar ekoloji təhlükə yaratmırsa, insan sağlamlığına təhlükəli deyilsə orada sosial təyinatlı obyektlər tikilə bilər, yox əgər xüsusi buxarlanma dərəcəsi yüksəkdirsə, zəhərli kimyəvi birləşmələrin, toksiki birləşmələrin, buxarların qatılığı normadan artıqdırsa şüphəsiz orada texniki təyinatlı obyektlər inşa edilməlidir. Ekoloqun sözlərinə görə, məsələnin xeyirli və zərərli tərəflərinə baxmaq lazımdır. “Yasamal tərəfdə yerləşən Qanlı gölün qurudulması təbiidir. Bəlkə də Qanlı göldə olan balıqları tutub satırlar. O balıqlar xəstəlik mənbəyidir, çirkab suları ilə, tullantılar ilə qidalanırlar. Ona görə də o tipli göllərin qurudulması lazımdır”. modern.az

DİGƏR XƏBƏRLƏR

Top