13 min miqrantdan xəbər yoxdur

Yunanıstanın qaçqın düşərgəsində qeydiyyatda olan ancaq tapılmayan 13 min miqrantın Avropanın mərkəzi bölgələrinə sığındıqları ehtimal edilir. "Yeniavaz.com" Doğan Haber Agentliyinə istinadən xəbər verir ki, Yunanıstanın rəsmi məlumatına görə ölkədə 63 min miqrant saxlayırlar. "Wall Street Journal"ın xəbərəinə görə, qaçqın məsələlərindən məsuliyyət daşıyan rəsmilərin araşdırmalarına görə, bu miqrantların ancaq 50 mininin yeri məlumdu. Ancaq izlərini tapa bilmədikləri 13 min qaçqının Yunanıstanın daxilində və ya Avropanın mərkəzi ölkələrinə qaçdıqları təxmin edilir. Qeyd edək ki, Yunanıstandakı qaçqın məsələlərinə baxan rəsmilərin sözlərinə görə, miqrantların əsas hədəfi Yunanıstan deyil, hədəfə çatmaq üçün buradan istifadə edirlər.

DİGƏR XƏBƏRLƏR

Top